Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:45

-

Tanınmış şairənin yeni şeirləri tapılıb

“Sürətlə hərəkət edən xizəkdə

Bardaş qurub oturmuşuq ayı dərisinin üstündə

Və həyatın təhlükələrindən danışırıq”

Bu şeir tanınmış modernist şairə Katherine Mansfield-in (1988-1923) Çikaqo kitabxanasının "ədəbi altunlar" arxivində yenicə tapılmış 30 şeirindən biridir. Kolleksiyanı aşkarlayan tədqiqatçı "gözlərimə inanmadım" deyib.

İngilis dili professoru Gerri Kimber onun yaradıcılığının tədqiqatçısı kimi bu kolleksiyanın indyə qədər aşkarlanmamasının səbəbini kitabxanaçıların onları səhv adla, əvvəllər bizə məlum olan şeirlərin adıyla kataloqa salmasında görür.

Mansfield yaradıcılığının mütəxəssisləri bu şeirləri oxuyandan sonra onun şairə kimi yetkinliyə çox erkən çatdığını deyiblər.

Mansfield modernist hekayənin ilk ustalarından hesab olunur. Bu şeirlərsə onun həm də çox erkən yaşlarında yüksək ədəbi dəyəri olan şeirlər yazdığını xəbər verib.

Şeirlər bu yaxınlarda Newberry kitabxanasında ictimaiyyət üçün açıqlanacaq və İnternetə qoyulacaq. Gələn ilsə Katherine Mansfield-in külliyyatının son cildinə salınacaq.

Katherine Mansfield Yeni Zelandiyanı 19 yaşında tərk edərək, İngiltərəyə köçüb, orada D.H.Lawrence və Virginia Woolf kimi modernist ədəbiyyatın parlaq simalarıyla dostluq edib.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG