Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38

İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışı ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

-

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

AzVison.az-ın xəbərinə görə, buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır.

Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır.

Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub.

Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər.

***

İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışı ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sözügedən küçə və prospektlər bunlardır:

• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək

• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək.

Günün bütün mövzuları

XS
SM
MD
LG