Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:26

-

Monteneqronun Prezidenti Filip Vujanović və Monako Knyazlığının Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Ellwood da Bakıdadır, iyunun 12-də başlayan səfərdə məqsəd I Avropa Oyunlarının açılış mərasimində iştirak etməkdir.

Qonaqları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Bundan başqa Rusiya və Türkiyə rəhbərlərinin də bu məqsədlə ölkəyə səfəri gözlənir.

Serbiya prezidenti Tomislav Nikolic, Belarus prezidenti Aleksandr Lukashenko və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach isə iyunun 11-dən Bakıdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG