Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:44

ABŞ: “Rusiya Ukraynada yaraqlılarla birlikdə döyüşür”


Samantha Power Kİyevdə çıxış edir

Samantha Power Kİyevdə çıxış edir

-

ABŞ-ın BMT-dəki səfiri Rusiyanı Ukraynanın şərqinə moskvapərəst yaraqlılara “təlim keçməkdə, onları silahlandırmaqda, maliyyələşdirməkdə və yaraqlılarla birlikdə vuruşmaqda” ittiham edib.

Samantha Power Kiyevdə çıxış edib. Kremlin Ukraynanın şərqində yaraqlılara dəstək göstərmədiyini deyir.

Power daha öncə Ukrayna paytaxtında bəyan edib ki, Birləşmiş Ştatlar pozuntulara baxmayaraq Minsk atəşkəs sazişini dəstəkləyir. Onun sözlərinə görə, pozuntulara separatçılar yol verir, əvvəllər geri çəkilmiş ağır silahlar yenidən peyda olub.

ATƏT müşahidəçiləri həm Kiyevi, həm də separatçıları fevral sazişini pozmaqda ittiham edir.

Power-in səfəri ilə eyni vaxtda Ukraynanın şərqində iki əsgər və 3 dinc sakin öldürülüb. Ötən ilin aprelindən bəri isə 6400-dən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG