Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

Pakistan “Save the Children”ı bağlayır


Pakistanda Save The Children təşkilatının ofisi

Pakistanda Save The Children təşkilatının ofisi

-

Pakistan iyunun 11-də Save the Children təşkilatının ölkəni tərk etməsinə göstəriş verib. Xeyriyyə təşkilatı Pakistan əleyhinə fəaliyyətdə günahlandırılır.

Polis təşkilatın İslamabadda ofisini bağlayıb və xarici işçilərinə 15 gün ərzində ölkəni tərk etmək əmri verib.

Save the Children xəbərdarlıq almadığını bildirib və bu hərəkətə “sərt etiraz” edib.

Pakistan öncə də təşkilatı saxta vaksinasiya proqramı həyata keçirməkdə günahlandırıb, həmin proqramın Osama Bin Laden-in izinə düşmək məqsədilə ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) tərəfindən həyata keçirildiyini bildirib.

Qurum CİA və həkim Shakil Afridi ilə heç bir bağlılığı olmadığını bəyan edib. Afridi həmin proqramın icraçısı olub və pakistanlı müstəntiqlərə deyib ki, CIA onu Bin Laden-in izinə düşmək üçün işə cəlb edib.

Pakistan rəsmiləri qrupun ölkədə fəaliyyəti üçün icazənin mayın 15-d bitdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG