Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

Yenə gender qalmaqalları


Tim Hunt
Tim Hunt

-

"Qadınlar labaratoriyada kişilərə mane olurlar"

"Yalnız qadınları nəşr edin"

Biologiya üzrə Nobel mükafatçısı Tim Hunt iki gün əvvəl qadınlar haqqında dediyi qalmaqal doğuran sözlərə görə bu səhər UCL-də professor işindən istefa verib.

İki gün əvvəl o, bir konfransda qadınların kişiləri narahat etdiyini, labaratoriyada işləməyə imkan vermədiyini, qadınlarla kişilərin labaratoriyalarını ayırmaq lazım olduğunu demişdi.

Konkret olaraq: “Qadınlarla işləyəndə ya sən onlara aşiq olursan, ya da onlar sənə. Qadınları tənqid edəndə isə onlar ağlayırlar.”

Onun bu sözlərindən sonra üzvü olduğu Akademiya, işlədiyi universitet də daxil olmaqla, bir neçə təşkilat bunların Tim Huntın şəxsi fikri olduğunu, özlərininsə Tomu qınadıqlarını deyən bəyanat vermişdilər.

Ədəbiyyat cəbhəsində də gender söhbəti aktualdır bu günlərdə. Pakistan mənşəli Britaniya yazıçısı Kamilla Shamsie iki gün əvvəl nəşriyyatları kişiləri daha çox çap etdiyinə görə tənqid edib, onları heç olmasa bir il kişiləri çap etməkdən imtina etməyə, yalnız qadınları çap etməyə çağırmışdı.

Onun bu sözləri Tim Hunt qalmaqalına bənzər narazılıqlar doğurmuşdu. Bu günsə “Other Stories” nəşriyyatı belə bir bəyanat verib: “Bəli, Kamilla Şəmsi haqlıdır. Biz daha çox kişiləri çap etməyə üstünlük veririk, elə bu il 7 kişi yazıçının, 4 qadın yazıçının kitabını çıxarmışıq, amma Kamillanın səsinə səs verərək 2018-ci ildə yalnız qadınları çap edəcəyik”.

Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG