Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

-

"Bütün apteklərdə qiymətlər eyni olacaq. Buna görə insanlar ən ucuz dərmanı axtarıb tapmaq üçün apteklərə qaçmayacaq. Dövlətin tənzimləmə mexanizmi əhaliyə səhiyyə xərclərini azaltmağa imkan verəcək".

"Trend"in məlumatına görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi qiymətlərdə ciddi enməyə səbəb olacaq.

İlkin Məcidov deyib ki, idxalçı dərmanı ölkəyə gətirməyə icazə almaq üçün Səhiyyə Nazirliyinə müraciət göndərməlidir.

Qiymətlərin tənzimlənməsi üçün Tarif Şurası 10 ölkə arasından 5-ni təyin edəcək və bu ölkələr arasında dərmana tətbiq edilən ən aşağı qiymət seçiləcək. Bunlar Türkiyə, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan və s.-dir.

İqtisadiyyat və Sənaye Nazirliyinin xidmət rəisi Zahid İsayev isə çıxışında dərman preparatlarının qiymətini süni yolla artıranların 50 min manat cərimə olunacağını bildirib.

“NECƏ SİFARİŞ EDƏCƏKLƏRSƏ, O CÜR DƏRMAN ALACAQLAR”

İstehlakçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Əyyub Hüseynov deyir ki, qiymətlərin süni şəkildə tənzimləsi mənfi nəticələrə gətirib çıxara bilər:

“Biz dərman qiymətlərinin aşağı həddə sabitləşməsinin tərəfdarıyıq. Lakin burada bəzi mənfi nəticələr gözlənilir. Birinci o ola bilər ki, qiymətlər ucuz olsun deyə, ölkəyə külli miqdarda dərman gətirilsin.

Heç kim deyə bilməz ki, hansısa Avropa ölkəsindən gələn dərman mütləq keyfiyyətlidir.

Eyyub Hüseynov

Eyyub Hüseynov

Dünya praktikasında da belədir ki, necə sifariş verirsənsə, o cür də dərman hazırlayırlar. Bunu qanun qadağan etmir. İkinci pis gözlənti ondan ibarətdir ki, qiymətlər qısa müddətə süni şəkildə aşağı salınar, sonra isə sürətlə qaldırılar.

Dövlət bazarda keyfiyyətli və ucuz dərmanın olmasını istəyirsə, buyursun min illərdi tətbiq olunan bazar aksiomasına uyğun hərəkət eləsin. İdxalçılara heç bir fərq, qoyulmasın. Bu zaman bazarda keyfiyyətli dərman bolluğu yaranar və qiymətlər də ucuz olar”.

MONOPOLİYA BİR ƏLDƏ CƏMLƏNİR?

Əyyub Hüseynov bildirir ki, əvvəllər ölkəyə dərman gətirilməsi Səhiyyə Nazirliyinin tam nəzarətində deyildi. O deyir ki, hazırkı vəziyyət monopoliyanın bir əldə cəmləşməsinə gətirib çıxara bilər:

Dövlət bazarda keyfiyyətli və ucuz dərmanın olmasını istəyirsə, buyursun min illərdi tətbiq olunan bazar aksiomasına uyğun hərəkət eləsin. İdxalçılara heç bir fərq, qoyulmasın. Bu zaman bazarda keyfiyyətli dərman bolluğu yaranar və qiymətlər də ucuz olar

“Dövlətdə korrupsiyanın, monopoliyanın mövcud olduğu şəraitdə hər şey ola bilər. Nazirlik, məmurlar dərman istehsalçıları ilə müəyyən əlaqələrə gedə bilər, bu bizneslə məşğul olanlar öz tərəfdaşları ilə əlaqəyə girə bilər.

Qaldı ki, ölklərin seçilməsinə, burada siyasi çalarlar da ola bilər. Bu ölkələrdə normal keyfiyyətli dərmanlar istehsal olunur. Əgər eyni keyfiyyətli dərmanlar gətiriləcəksə, bu çox yaxşıdır. Bu qərar zəruri idi. Lakin, çatışmayan çox şeylər var. Şəffaflıq yoxdur. Əmsallar necə tapılacaq, həmin ölkələr hansı əsasla seçilib, keyfiyyət necə yoxlanacaq. Bu suallara cavab qaranlıq qalır”.

Hökumət manatı dəyərdən salandan sonra ölkədə bəzi sahələrdə qiymət artımı baş vermişdi. Hökumət buna görə biznesmenləri ittiham etmişdi.

Aprelin əvvəlində prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını bildirmişdi. O, vəziyyətin araşdırılıb tədbirlər görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG