Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

“Qərbin bəzi QHT və dairələri Azərbaycanda mətbuat azadlığı və azad medianın olmaması, insan haqlarının pozulması barədə iddialar səsləndirirlər. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”.

APA-nın məlumatına görə, bunu iyunun 11-də I Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov "Əl-Cəzirə" televiziyasının siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq çağırışlar barədə sualına cavab verərkən deyib.

Əli Həsənov deyib ki, Azərbaycan hüquqi dövlətdir, ölkədə siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var.

O qeyd edib ki, ölkədə tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir və Avropanın bəzi dairələri tərəfindən irəli sürülən bu iddialar əsassızdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG