Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:55

«Ər və arvad» ingilis dilində titrlərlə göstəriləcək


«Ər və arvad» 45-ci dəfə nümayiş olunacaq.
«Ər və arvad» 45-ci dəfə nümayiş olunacaq.

-

İyunun 13-də saat 1-da Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin «Ər və arvad» musiqili komediyası 45-ci dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşanın budəfəki nümayişinin özəlliklərindən biri də ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunmasıdır.

Xəbərdə vurğulanır ki, I Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək qonaqlara daha yüksəkkeyfiyyətli mədəni xidmət göstərmək üçün Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə teatrın repertuarındakı bir sıra əsərlər ingilis dilinə tərcümə olunub.

Musiqili Teatrın iyun repertuarı I Avropa Oyunları ilə əlaqədar xüsusi təşkil olunub və tamaşalar əsasən ingilis və rus dillərində təqdim olunacaq.

«Ər və arvad» tamaşasının quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Əsəri bəstəkar Sərdar Fərəcov yenidən redaktə edib və orkestrləşdirib.

Tamaşada rolları İlham Namiq Kamal, Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, Emma Məlikova, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov və Fərid Rzayev ifa edəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG