Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.

Aytən Yusifova

QOZLU ŞORBA

Uşaqlıq xatirələrimi yadıma salan, məni o günlər, ən əsası da uşaqlığımın dəyişməz qəhrəmanları üçün darıxdıran anlardan biri idi gördüyüm adicə bir mənzərə.

Avtobusda yanımda oturan qadının əlləri necə də anamın əllərinə bənzəyirdi, o əllər mənə uşaqlığımın yoxluğunu da xatırlatdı.

Ətrafda nə baş verdiyini uşaq ağlı ilə anlamazdıq, əslində yoxluğun bizim evdə deyil də, hər evdə olduğunun fərqində belə deyildik. Bu o vaxtlar idi ki, yağ, çay, qənd, bir sözlə heç nə çatışmırdı. Əslində kənddə yaşadığımız üçün bir tərəfdən də şanslı idik. Çünki təbii nemətlər dadımıza çatırdı. Yağ olmadığı üçün əlimizdə olan ərzaqlardan belə istifadə edib yemək bişirə bilmirdik.

Dadsız-dudsuz, yavansız günlərdən biri idi yenə. Bizim tərəflərdə maş şorbası deyilən yemək var. Hər gün bişirildiyi üçün şorbanın içi qaralmış, xüsusi olaraq onun üçün ayrılmış qazanı və sehin deyilən dərin boşqabı da vardı. Demək, elə ailələr vardı ki onu hər öynə yeyirdilər, bu sevimli yeməyi də bişirmək mümkün deyildi.

Bir gün qazanın ağzını fərqli bir təbəssümlə açan anamın mimikasından bu günün qeyri-adi bir gün olduğunu anlamışdıq. Anam yekə bir boşqabda hamımıza maş şorbası çəkdi. Neçə vaxtı yeyə bilmədiyimiz üçün sevincimizin həddi-hüdudu yox idi. Necə hazırlanması bizə maraqlı deyildi, anam qozu çəkib ondan alınan yağla bişirmişdi, yəni bir növ qozlu maş şorbası yeyirdik. Amma kim idi buna fikir verən... Hətta sevincimizdən həmişə sakit olduğumuz süfrədə bu dəfə səs-küydən qulaq tutulurdu. Nədənsə amma atamın heç kefi yox idi, biz sevindikcə elə bil o daha da narahat olurdu və axırda dözə bilməyib üstümüzə çığırdı da. Sakitcə yeməyimizi yeməyə başlasaq da, heç birimiz atamın niyə bizə çığırdığını anlaya bilmədik. Ta ki illərdən sonra...

Onda anlayacaqdıq ki, atam yoxluğun əziyyətin çəkirmiş...

Günün bütün mövzuları

XS
SM
MD
LG