Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

İsveçrə hakimiyyəti korrupsiya ilə bağlı istintaq çərçivəsində FİFA-nın kompüter məlumatlarını götürüb.

Bu barədə İsveçrə prokurorluğu məlumat yayıb.

Prokurorluq bu ilin mayında fırıldaqçılıq, rüşvətvə pulyuma əməliyyatı ilə bağlı bir sıra FİFA rəsmisinə qarşı cinayət işi qaldırıb.

Söhbət 2018-2022-ci illərdə Rusiya və Qətərdə keçiriləcək çempionatlardan gedir.

İttihamlara görə bu ölkələr ev sahibi seçilərkən pozuntulara yol verilib.

FİFA-nın baş katibi Jerome Valcke iyunun 10-da Samarada çıxış edərkən bildirib ki, federasiya bu qalmaqala görə 2026-cı il çempionatına ev sahibliyi ilə bağlı səsverməni təxirə salacaq.

Bu səsvermə 2017-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilməli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG