Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39

BMT-nin sülhməramlı qüvvələri müntəzəm olaraq xidmət etdikləri ölkələrin vətəndaşları ilə cinsi əlaqələr qururlar.

Bu barədə təşkilatın yaydığı xüsusi hesabatda deyilir.

Sənədi OİOS (təşkilatın daxili effektivlik məsələləri üzrə şöbəsi) hazırlayıb.

Sənəddə xüsusilə qeyd edilir ki, Haiti və Liberiya kimi ölkələrdə aclıq və yoxsulluq qadınları sülhməramlılarla əlaqəyə girməyə məcbur edir.

Söhbət seks əvəzində pul, mobil telefon, bəzək və digər gündəlik ləvazimatlar almaqdan gedir.

Hesabata görə, 2008-2013-cü illər arası 480 belə hal aşkar edilib və bunun 1/3-i uşaqlarla baş verib.

Associated Press agentliyi isə hesabata istinadla yazır ki, BMT əsgəri xidmətə görə haqqı ödəmək istəməyəndə, qadınlar onların şəxsi jetonlarını əllərindən alır və bu barədə sosial şəbəkələrdə məlumat yaymaqla hədələyirlər.

Amma sənəddə qeyd edilir ki, beynəlxalq sülhmıramlı qüvvələrin sayı getdikcə artsa da son illər bu cür halların sayı azalır.

Hazırda dünyanın müxtəlif ölkələrində 125 minBMT qüvvəsi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG