Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

Məmmədyarov çıxılmaz durumda


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Yeni Müsavat» qəzeti yazır ki, İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri Arif Məmmədovun «facebook» statusu ətrafında yaranmış qalmaqal hər ötən gün daha da böyüyür: «Məlum olub ki, hakimiyyətin ciddi qınağına tuş gələn xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyində bir neçə diplomatı işdən çıxarıb. Onlar yanmış bina ilə bağlı 20 mayda məmurları tənqid edən statusu bəyənən diplomatlardır».

Qəzet yazır ki, səfirin statusunu «like» edən istifadəçilər arasında diplomatik xidmətin beş əməkdaşı olub: Fərəh Gözəlova, Anar Mədətli, Cavid Musayev, Ramiz Vəliyev və XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev. «Turan» XİN-dən rəsmi təsdiq və ya hər hansı şərhala bilməyib. Bir həftədən çoxdur ki, Hikmət Hacıyev telefonlara cavab vermir. Xatırladaq ki, o, iyunun 7-də bəyanatla çıxış edərək A.Məmmədovun fikirlərini pisləmişdi. Bir gün sonra isə Cavid Musayev də «müxalifətçi diplomat»ı pisləyən açıqlama yaymışdı. A.Məmmədov isə nəinki geri çəkilir, əksinə, iqtidarın üzərinə daha ürəklə gedir.

Qəzet yazır ki, xarici işlər naziri Elmar Məmmədyarov hazırda çıxılmaz durumdadır.

«Yeni Müsavat»ın iqtidara yaxın qaynağı deyib ki, Məmmədyarovun son Qarabağ danışıqlarında da «işğalçı Ermənistan» terminini işlətməməsi iqtidar kuluarlarında ciddi narazılıq yaradıb. Bu barədə XİN rəhbərinə bir neçə dəfə irad bildirilib də. Ümumiyyətlə, onun davranışlarında heç zaman vətənpərvərlik elementləri görünməyib. Sanki ümumiyyətlə, ölkənin xarici işlər naziri bir başqasıdır....

GÖYÇAYDA PENOPLAST ƏMƏLİYYATI

«Azadlıq» qəzeti yazır ki, Göyçay rayon İcra Hakimiyyəti prezident İlham Əliyevin göstərişinə zidd gedərək poliuretan üzlükləri sökməkdən imtina edir.

Qəzet yazır ki, Göyçay rayonunda yaşayış binalarının fasadına vurulmuş poliuretan üzlüklər təcili surətdə rənglənir.

Məsələn, Göyçay şəhəri, Heydər Əliyev prospektindəki yaşayış binasının tezalışan üzlüklərinin rənglənməsi prosesi artıq başa çatmaq üzrədir. Yerli icra hakimiyyətinin bu qərarından hiddətlənən sakinlər isə buna mane olmağa çalışır.

Bakı Su İdmanı Mərkəzi
Bakı Su İdmanı Mərkəzi

«Biz sizin binanı əla təmir etmişik. Kiminsə bu üzlüklərdən xoşu gəlməsə, onda bütün binanızı sökərik. Yerinizdə dinc oturun» - deyə Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi binalarındakı poliuretan üzlüklərin saxlanmasına qarşı çıxan yerli sakinləri hədələyib.

AVROPA OYUNLARI: NİYƏ MƏHZ AZƏRBAYCAN?

«Azərbaycan» qəzeti yazır ki, AzərbaycanınAvropa Oyunlarını Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəyə marağının artmasından irəli gəlir:

«AOK-un qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə etməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir. Olimpiadaya hazırlıq üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın 2.5 ilə bu işləri görməyə müvəffəq olması isə təşkilatçılıq işlərində analoqu olmayan tarixi uğurdur. Bütün bunlar beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb».

Qəzet yazır ki, «Bakı-2015»də yarışların keçiriləcəyi 18 arenanın bəziləri yenidən əsaslı təmir olunub, bir neçəsi isə yenidən tikilib:

«Yeni tikililər dünyanın ən möhtəşəm və modern qurğuları hesab olunur. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası, Azərbaycanın Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şansları yüksələcək. Bu mənada I Avropa Oyunları gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradacaq».

BAKIDA EV SATILMIR, QİYMƏTLƏR UCUZLAŞIR

«Bizim Yol» qəzeti yazır ki, son aylarda əmlak bazarında baş verən proseslər satışa çıxarılan mənzillərin sayına da təsir edib. Apreldə 1726, mayda isə 1564 ev satışa çıxarılıb:

Yeni tikili
Yeni tikili

«Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55.3 faizə bərabər olub. Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17.8 faiz təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2348 $/kv.m olub».

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, qəzet yazır ki, 1, 3 və 5-otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5-otaqlılar üzrə qeydə alınıb. 2 və 4- otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub.

Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması Xruşşov layihəsində qeydə alınıb (-7.45 faiz).

Aprel ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai, Yasamal və Nərimanov rayonları olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG