Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:13

Bakıda aksiya: «Rədd olsun Martin Schulz!»


Aksiya - 11 iyun 2015/ Foto: Trend
Aksiya - 11 iyun 2015/ Foto: Trend

-

İyunun 11-də bir qrup gənclər təşkilatları Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, gənclər Avropa İttifaqının Azərbaycana qarşı ikili siyasətinə etiraz ediblər. «Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Avropa İttifaqı, Avropa Parlamenti bundan danışmır, əvəzində 2-3 məhbusun müdafiəsi ilə məşğuldur», - deyə aksiyaçılar bildirib.

Aksiyada «Rədd olsun Martin Schulz, yaşasın Azərbaycan!», «Avropa Parlamenti dağıtmağa yox, qurmağa xidmət et!», «Avropanın dostuyuq, bizi düşmən saymayın!», «Azərbaycanı sərbəst buraxın!», «Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?», «Rədd olsun neoimperialistlər» və digər şüarlar səsləndirilib.

İyunun 11-də yenə bir qrup gənc Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında da etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları «İngiltərə, ikili standartlardan əl çək!», «İngiltərə, ermənilərlə iş birliyin mübarək!», «London platformasının insan hüquqlarına nə aidiyyəti?!», «Azərbaycanda zor yox, hüquq işləyir!» və sairə şüarlar səsləndiriblər.

XS
SM
MD
LG