Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Qazaxıstan ÜTT danışıqlarını bitirir


Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbaev ilə

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbaev ilə

-

İyunun 10-da Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmaq üçün sazişin şərtləri üzrə danışıqları yekunlaşdırıb. Qazaxıstan 20 ildir bu quruma üzv olmağa çalışır. Məlumatı ÜTT yayıb. ÜTT üzvlüyü paketinə iyunun 22-də yekun olaraq baxılacaq.

“ÜTT üzvləri və Qazaxıstan hökumətini bu tarixi addım münasibətilə təbrik edirəm,” ÜTT-nin baş katibi Roberto Azevêdo deyib. “Qazaxıstanı ÜTT-də qarşılamağı səbirsizliklə gözləyirəm”.

Bu razılaşma çox mürəkkəb və nadir sayılırdı. Belə ki, Qazaxıstan Rusiya və Avrasiya İqtisadi Birliyinin digər üzvləri ilə ticarətini nəzərə alaraq tarif dəyişiklikləri etməli idi.

Qazaxıstan tərəfdən danışıqları iqtisadiyyat naziri Zhanar Aitzhanova aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG