Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:26

«Azadlıq» blokunun liderləri aclıq aksiyası keçirən KİV rəhbərlərinə baş çəkiblər


Mətbuata təzyiqlərə etiraz olaraq kütləvi informasiya vasitələri rəhbərlərinin aclıq aksiyası davam edir.


Noyabrın 11-də «Bizim yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli də aksiyaya qoşulub. Hazırda onunla birlikdə «Yeni Müsavat» qəzetindən Azər Ayxan, «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov, «24 saat» qəzetinin redaktoru Fikrət Fərəməzoğlu, «Yeni zaman» qəzetinin redaktoru Şakir Qabiloğlu və «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev aksiyanı davam etdirilər.


Günün birinci yarısı «Azadlıq» Siyasi Blokunun liderləri aksiya iştirakçılarına baş çəkiblər. Həmin gün AXCP Ali Məclisi toplantı keçirərək mətbuata təzyiqlərə qarşı müqaviməti gücləndirmək məsələlərini müzakirə edib.


Kütləvi informasiya vasitələri rəhbərlərinin aclıq aksiyası noyabrın 9-dan başlayıb. Onlar «Azadlıq» qəzeti və bir sıra başqa KİV orqanlarının yerləşdikləri «Xaqani 33» ünvanından çıxarılmasına etiraz edir, mətbuata təzyiqlərə son qoyulmasını istəyirlər.


XS
SM
MD
LG