Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

ABŞ prezidenti Barack Obama İraqın Anbar əyalətindəki hərbi bazaya 450-dək əlavə əsgər göndərilməsini təsdiqləyib.

Bu qüvvələr İslam Dövləti qrupu ilə mübarizə aparan İraq qüvvələrinə təlim keçməklə məşğul olacaq.

Ağ evin məlumatına görə, Obama həmçinin İraq qüvvələrinə təcili lazımi avadanlıq və texnikalar çatırılmasını göstəriş verib.

Ağ ev bildirir ki, Obama qərarı İraqın baş naziri Haidar al Abadinin xahişi və Pentaqon rəsmiləri ilə məsləhətləşmələr əsasında qəbul edib.

Plana əsasən İraqdakı ABŞ təlim yerlərinin sayı 4-dən 5-ə qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG