Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

ABŞ-ın Florida ştatının keçmiş qubernatoru və Respublikaçılar partiyasından prezidentliyə mümkün namizəd Jeb Bush Rusiya prezidenti Vladimir Putini “qəddar” adlandırıb.

O bildirib ki, ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın təcavüzünə qarşı qəti mövqedə olmalıdırlar.

Jeb Bush bunu iyunun 10-da Berlində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Putinlə işdə güc mövqeindən çıxış etmək lazımdır.

Bush hakim Xristian-Demokrat Partiyası iqtisadi şurasının iclasında çıxış edərkən deyib ki, əgər prezident seçilsə, Vaşinqton Rusiya xalqınıkorrupsiyalaşmış Rusiya hakimiyyətindən uzaqlaşdırmaq üçün Putinə təzyiqləri artıracaq.

Jeb Bush Avropa səfərinə iyunun 9-da Berlindən başlayıb.

İyunun 15-də onun ABŞ prezidentliyi uğrunda mübarizə aparacağını bəyan edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG