Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:26

Rusiya ilə Misir Aralıq dənizində ilk dəfədir ki, birgə hərbi təlimkeçirirlər.

Rusiyanın müdafiə nazirliyi “Dostluq körpüsü-2015” adlı təlimin iyunun 10-da Misirin İsgəndəriyyə limananından başlandığını bildirir.

Təlimlərdə Rusiya tərəfdən raket daşıyan gəmi də daxil olmaqla bir neçə hərbi gəmi iştirak edir.

Hərbi hava qüvvələrinin də cəlb olunduğu təlimlərdə dəniz yollarının müxtəlif təhlükələrdən qorunması məşq edilir.

Qeyd edək ki, hələ keçmiş Sovet İttifaqı dövründən Moskva ilə Misir arasında sıx münasibətlər mövcuddur.

Rusiya Aralıq dənizində belə bir hərbi təlimi bu ilin mayında Çinlə də keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG