Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Rusiya prezidenti Vladimir Putin böyük 7-lər qrupunun təşkilat yox, maraqlar kulubu olduğunu deyib.

O bunu iyunun 10-da Milanda İtaliyanın baş naziri Matteo Renzi ilə keçirdiyi birgə mətbuat konfransında deyib və əlaqələrin pozulmasına görə 7-lər ölkələrini günahlandırıb:

“Bizim 7-liklə münasibətlərimiz yoxdur və necə ola bilər ?

Biz bu formatda işləyəndə, hansısa yekun sənədlərin hazırlanması ilə bağlı müzakirələrdə iştirak etmişik, hansı ki, bunlar məcburi xarakter daşımırdı.

Amma mənə elə gəlir ki, bunun hansısa mənası var idi, çünki biz hansısa altenativ fikir ifadə edirdik.

Amma bizim tərəfdaşlarımız qərara gəldilər ki, bu alternativ fikirlərə ehtiyacları yoxdur. Bu təşkilat yox, maraqlar klubudur.Bu formata uğurlar diləyiri”-deyə o vurğulayıb.

Almaniyanın kansleri Angela Merkel bu günlərdə bəyan edib ki, Rusiyanın sənayecə inkişaf etmiş böyük 7-lər ölkələri qrupuna dönməsi ağılabatan deyil.

Qərb Krımın ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG