Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

“Minskdə əldə edilmiş atəşkəs sazişinə tam əməl olunması Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılmasında çox vacibdir”.

Bunu Rusiya prezidenti Vladimir Putin iyunun 10-da Milanda İtaliyanın baş naziri Matteo Renzi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bu münaqişənin dinc yolla həllinə alternativ olmadığını qeyd edib.

Renzi isə İtaliya ilə Rusiya arasındakı ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirib, amma bir sıra məsələlərdə tərəflər arasında fikir ayrılıqları olduğunu bildirib.

Putinin Milana “Expo 2015” qlobal sərgidə iştirak etmək üçün gedib.

Onun həmçinin Romada prezident Sergio Mattarella və keçmiş baş nazir Silvio Berlusconi ilə görüşü nəzərdə tutulur.

O səfər zamanı Vatikanda Roma papası Francisin də qəbulunda olacaq.

Görüşdə Ukrayna münaqişəsi, Yaxın Şərqdəki xristianların vəziyyəti və pravoslav-katolik münasibətləri müzakirə olunmalıdır.

Qeyd edək ki, 2 həftə sonra Avropa Birliyində Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsi ilə bağlı səsvermə gözlənilir.

ABŞ və Avropa Birliyi Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG