Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Warlick erməni idmançılarla görüşüb


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick iyunun 10-da Ermənistanda xarixi işlər naziri Edward Nalbandianla görüşüb.

Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı Dağlıq Qarabağ sülh danışıqlarının hazırkı vəziyyəti müzakirə olunub.

ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, amerikalı həmsədr həmçinin Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək ermənistanlı idmançılar və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG