Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

-

«Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə müəyyən mövqe fərqləri istisna olmaqla, həll edilməyən problem yoxdur. Amma çox təəssüf ki, ən müxtəlif maraqlara, dairələrə və qüvvələrə xidmət edən, bağlı olan ayrı-ayrı şəxslər öz ölkələrində istədiklərini edə bilməyəndə, beynəlxalq təşkilatlarda bir araya gələrək ayrı-ayrı ölkələrə qarşı hədəflərini reallaşdırmaq istəyirlər».

Bu sözləri apa-ya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

O, iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunacek də daxil olmaqla avropalı parlamentarilərin qurumun sessiyasının açılışına Azərbaycanda həbs edilmiş hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirib.

Bahar Muradova U.Lunacek və ətrafını da bu qəbildən olan şəxslər adlandırıb:

«Eyni zamanda onların bu çağırışlarını bütövlükdə Avropa Parlamentində təmsil olunan ölkələrin və şəxslərin hamısının mövqeyi hesab etmək olmaz. Bu, bir qrup insanın mövqeyidir ki, bunlar Avropa Parlamentində əvvəldən də bizə çox yaxşı tanışdırlar».

B.Muradovanın fikrincə, Avropa Parlamentinin missiyasından özlərinin maraqları üçün istifadə edən qruplar var ki, U.Lunacek də onların ən fəalıdır:

«Onun Azərbaycana münasibəti yalnız bizim ölkədə «insan haqları»nı qorumaq hədəfinə söykənmir. Onun ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil. Bundan əvvəl də onun Azərbaycana və Türkiyəyə qarşı erməni layihələrinə dəstək verməsi ilə bağlı konkret faktlar var».

Günün bütün mövzuları

XS
SM
MD
LG