Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Kitabı oxu, bəyənsən pulunu ver


-

Paulo Koelyodan yenilik

Braziliyanın bestseller yazıçısı Paulo Coelho öz kitablarının satışına yeni ideya tətbiq edib.

Bu həftə o, iki kitabını İnternetdə pulsuz oxunmağa qoyub. “Kitab satışında dönər metod” adlandırdığı yeni metoda görə, oxucular yalnız oxuyub bəyənsələr, pul verəcəklər.

P.Coelho İnternetə 1997-ci ildə çıxmış “The Manual of the Warrior of Light” (İşıq Döyüşçüsünün stolüstü kitabı) əsərinin ingiliscə versiyasını və “Brida” romanının portuqal versiyasını yerləşdirib.

Kitabları həm “Inkitt” elektron kitablar nəşriyyatının səhifəsinə, həm də öz bloquna qoyub. Onları elektron kitab şəklində endirmək olar.

Portuqal və ispanca qalan kitablarını da bu şəkildə İnternetə qoyacağını deyib. "The Guardian" onun bu yeniliyi nəşriyyat dünyasındakı çətinliklərlə izah etdiyini yazır, "Kitab oxumaq, almaq və satmağın hər həftə yeni yolları tələb olunur."

İngiliscə olan kitabın yalnız beşdə dördünü İnternetdən oxumaq olur. Qalan hissəsi haqqında P.Coelho öz bloqunda yazıb: “Məndə tam versiyası yoxdur. Yalnız bir neçə səhifə çatmır ki, bu da oxumağa mane olmur... Əziz oxucu, əgər bu mətni bəyəndinsə, lütfən onu al. Al ki, biz nəşriyyatlara bu ideyanın biznesə ziyan vurmadığını deyə bilək."

P.Coelho əvvəllər də buna bənzər bəyanatlar vermişdi. Məsələn, 1999-cu ildə “Kimyagər” romanının rus versiyasını camaat skanerdən çxıararaq İnternetə qoyanda o, kitablarının İnternetə qeyri-qanuni qoyulmasının və ordan endirilməsinin tərəfdarı olduğunu demişdi.

2012-ci ildə isə "Pirate Bay" səhifəsində “bütün piratları birləşməyə və indiyəcən yazdığı hər şeyi pirat yolla çıxarmağa” çağırmışdı.

İndi də kitabının səksən faizini pulsuz, qalan 20 faizini pulla oxumağı təklif edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG