Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30

-

«Bakı-2015» I Avropa Oyunları ərəfəsində Bakıda daha bir sərgi-«Azərbaycan milli geyimləri sərgisi» açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, layihə bu qurumun elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində «Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi» İctimai Birliyi tərəfindəngerçəkləşdirilib.

Layihənin məqsədi I Avropa Oyunları zamanı ölkəyə gələcək turistlərə xalqın milli geyimləri, adət-ənənələri və mədəniyyəti haqqında bilgi verməkdir.

«Park Bulvar» ticarət və əyləncə mərkəzində açılan sərgidə 20-dən artıq milli qadın, kişi və uşaq geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur.

İki həftə davam edəcək sərgiyə giriş pulsuzdur və hər bir ziyarətçi istədiyi milli geyimlə şəkil çəkdirə bilər.

Sərginin müxtəlif ictimai yerlərdə, hotellərdə, mədəniyyət ocaqlarında nümayiş etdirilməsi də nəzərdə tutulub.

Bu məkanlarda geyimlər barədə ziyarətçilərə ətraflı bilgi veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG