Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

Qazaxıstan prezidenti Nursultan Nazarbaev dünyada dini ekstremizmə qarşı birgə mübarizəyə çağırıb.

Nazarbaev Dünya liderləri və din xadimlərininiyunun 10-da Astanada keçirilən 5-ci qurultayında deyib ki, ifratçılığa islam dəyərləri ilə haqq qazandırmaq olmaz.

O həmçinin bütün hərbi münaqişələri dayandırmağa çağırıb və qeyd edib ki, hər hansı bir siyasi ziddiyyətin güc yolu ilə həlli qəti şəkildə rədd edilməlidir.

Nazarbaev bu qurultayı 2003-cü ildən keçirir.

Bu tədbirdə siyasi və dini liderlər, habelə dünyanın müxtəlif ölkələrindən elm adamları iştirak edir.

İndiki tədbirdə BMT-nin baş katibi Ban Ki-moon, UNESCO-nun baş katibi Irina Bokova, ATƏT sədri Lamberto Zannier,İordaniya kralı II Abdulla və Finlandiya prezidenti, Sauli Niinisto da iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG