Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:58

Şərif Ağ yeni roman yazıb


Şərif Ağ
Şərif Ağ

-

Gülüstan adlı qəsəbə salırlar. Ancaq...

Yazıçı Şərif Ağ yeni roman yazıb. Torpağını itirib geniş və isti çöllüklərə səpələnən insanları toplayıb Gülüstan adlı qəsəbə salırlar və həmin insanlara cənnət vəd edirlər. Ancaq hadisələrin gedişi bu mühitin cənnət yox, əslində cəhənnəm olduğunu göstərir.

Adəm və Həvva əhvalatı ilə mətnlərarası əlaqə üzərində qurulan süjet Adil (ləqəbi Adəm) adlı gənc müəllimin qəsəbəyə gəlməsi ilə başlayır və qəsəbə insanlarının tanıdılması ilə davam edərək, aşağı təbəqə insanlarının gülüstan vədi altında həyata keçirilən istibdada silahlı etirazı ilə yekunlaşır.

Roman bəzi real hadisələrdən təsirlənsə də daha çox xəyal məhsuludur və eyni məmləkəti bölüşən insanların biri-birinə zülm eləməsinə etiraz motivləri üzərində yazılıb.

Əlindən verdiyi xoşbəxtliyi göylərdə axtaran qəhrəmanın elmi-dini-fəlsəfi düşüncə səyahətləri və onun uğursuz sevgi əhvalatı da əsərin əsas hissələrindəndir.

Roman bu ilin sonuna tam hazır olacaq. Yazıçı bu romanı 40 yaşına hədiyyə etdiyini deyib.

Bundan əvvəl Şərif Ağın "Kərpickəsən kişinin dastanı", "Haramı" kimi uğurlu nəsr kitabları çap olunub.

Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG