Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Ərəb liderləri də razılaşır ki, İranla nüvə sazişi Tehranın atom silahı əldə etməsinin qarşısını ala bilməyəcək. Bunu İsrailin baş naziri Benjamin Netanyahu iyunun 9-da deyib

-

Ərəb liderləri də razılaşır ki, İranla nüvə sazişi Tehranın atom silahı əldə etməsinin qarşısını ala bilməyəcək. Bunu İsrailin baş naziri Benjamin Netanyahu iyunun 9-da deyib.

Tehranla altı fövqəldövlət yekun nüvə sazişi üzərində işləyir. Məqsəd İranın nüvə proqramını məhdudlaşdırmaq, Tehrana iqtisadi sanksiyaları qaldırmaqdır.

“Məni həmişə bu məsələni geri çəkən kimi təsvir edirlər,” Netanyahu İsraildə mətbuat konfransında deyib. “Qonşularımızın bəziləri ilə danışıram, sizə deyim ki, bu regionda heç kəs sazişin İranın bombaya gedən yolunu bağlayacağına inanmır”.

“Bir şeyi də qeyd edim ki, regionda İrandan başqa heç kim danışıqlar masasına əyləşməyib,” Netanyahu deyib. Baş nazir danışdığı ərəb liderlərinin adını çəkməyib. Ancaq bu yaxınlarda onun təmsilçisi Dore Gold Səudiyyə Ərəbistanı generalı ilə İranı müzakirə edib.

Netanyahu həmçinin xəbərdarlıq edib ki, İranla istənilən saziş regionda nüvə silahlanmasına gətirib çıxarar.

Günün bütün mövzuları

XS
SM
MD
LG