Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48

Oyunların sponsorlarına çağırış olunur


Sərhədsiz Reportyorların Xədicə kampaniyası

Sərhədsiz Reportyorların Xədicə kampaniyası

Sərhədsiz Reportyorlar Təşkilatı Bakı Oyunlarının sponsorlarına çağırış edib ki, iqtisadi maraqları naminə ölkədə informasiya azadlığının pozulmasına göz yummasınlar

-

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Bakı Oyunlarının sponsorlarına çağırış edib. Müraciətdə deyilir ki, sponsorlar iqtisadi maraqları naminə ölkədə informasiya azadlığının pozulmasına göz yummasınlar və Azərbaycanda həbsdə olan 12 jurnalist və bloqqerin azadlığa buraxılmasına çağırsınlar.

İyunun 12-dən 28-dək keçiriləcək Bakı Oyunlarının sponsorları bu şirkətlərdir: British Petroleum, Coca Cola, McDonald’s, Motorola, Nestlé, Procter & Gamble, Sitecore, Tissot, Tickethour

Müraciətdə tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın adı çəkilir, onun hökumət səviyyəsində korrupsiyanı ifşa etdiyi çün həbsə atıldığı vurğulanır. “Rejim aylardır terror kampaniyası aparır, az sayda tənqidi səsləri də susdurur,” RSF bildirir.

Hakimiyyət ölkədə heç kəsin peşəsinə görə həbs olunmadığını, konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG