Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

Hökumət mobil nömrələrə nəzarəti gücləndirir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bundan sonra Azərbaycanda bir şəxsin adına olan mobil nömrədən başqa bir şəxs istifadə edərsə, bu haqda mobil operator şirkətinə məlumat verməlidir.

Hökumət mobil nömrələrə nəzarəti gücləndirir
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00
Direct-ə keçid

Nazirlər Kabineti «Operatorlar tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında» qərarına dəyişikliklər edib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli AzadlıqRadiosuna müsahibəsində deyir:

«İndiyə qədər belə idi ki, istənilən şəxs dilerlərdən istədiyi qədər nömrə alırdı və həmin nömrəni istədiyi şəxsin istifadəsinə verə bilirdi. Bununla bağlı bir məsuliyyət yox idi. Amma indiki halda bu, mərkəzləşdirilmiş qaydada və vahid sistemə keçəcək. Nömrəni alan və ondan istifadə edən şəxs özü haqda detallı bilgilər verməli olacaq».

Ələsgər Məmmədli deyir ki, tezliklə mobil nömrəsini başqasına qeydiyyatsız verən şəxslərin hansı hüquqi məsuliyyət daşıyacağı da məlum olacaq. Onun fikrincə, böyük ehtimalla, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək:

«Bu son proses daha çox mobil rabitə üzərində nəzarəti tam ələ keçirmək, bəlkə hansısa cinayəti önləmək məqsədi daşıyır. Amma əlbəttə ki, insanların da hərəkət imkanlarını, xəbərləşmə məsələlərini nəzarət saxlamaq üçün bu addım atılır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG