Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

Suriya üsyançıları ölkənin cənubundakı hərbi bazanı ələ keçiriblər.

Üsyançı qruplarla əlbir olan “Cənub cəbhəsi” iyunun 9-da Harak şəhəri ətrafındakı hərbi bazanın zəbt edildiyini bəyan edib.

Bu Deraa əyalətindəki ən böyük bazalardan biridir.

Britaniyada fəaliyyət göstərərn Suriya insan haqları mərkəzi həmçinin ətrafdakı şəhər və kəndin ələ keçirildiyini xəbər verir.

Döyüş zamanı 20 əsgər və 14 üsyançının öldüyü bildirilir.

Bu baza paytaxt Dəməşqdən İordaniya sərhəddinə gedən yolun yaxınlığında yerləşir.

Usyançıların son 3 ay ərzində Deraa əyalətində fəallaşdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG