Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:57

Kəndlilər hektarlarla pay torpaqlarından niyə imtina edirlər?


Arxiv fotosu
Arxiv fotosu

-

İmişlinin Qaravəlli sakini Nuru iskəndərov ona verilmiş pay torpağında əkinlə məşğul ola bilmədiyinə görə yaşadığı ərazidən 5 sot torpaq sahəsi ayrılmasını istəyir.

"Uzun illərdir ki, 5 sot torpağa görə İmişli ilə Bakı arasında qalmışam. Neçə dəfə Prezident Administrasiyasında olmuşam. Saatlarla gözləyirsən ki, səni kimsə qəbul edib dinləyəcək. Axırda qapıda dayanan polislər deyirlər, a kişi, nə qədər gəlib-gedəcəksən bura? Axırda səni türməyə göndərəcəyik. Get otur kənddə, nəyin var, Allahına şükür elə".

"TORPAQ VERSİNLƏR, MEYVƏ-TƏRƏVƏZ ƏKƏK, DOLANAQ"

Nuru İsgəndərov yerli bələdiyyədən və icra hakimiyyətindən şikayətçidir. Şikayətinin səbəbi isə odur ki, altı övladına torpaq verilmir:

"25 il dəmiryol idarəsində işləmişəm. Altı uşağım var. Heç birinə torpaq verilmir. Özümün də 63 yaşım var, Qaravəllinin ən bərbad yerində yaşayıram. Bizim tərəflərə "çala ərazilər" deyilir. Nə suyumuz var, nə də əkilib-biçiləsi torpağımız. Əkdiyimiz də bitmir. Çətinlik içərisində yaşayırıq. Rayonla aramız 10 kilometrdir. Övladlarıma ayrı-ayrılıqda torpaq verilmir. Heç olmasa, rayona yaxın yerdə ümumi 5 sot torpaq sahəsi versinlər ki, meyvədən-tərəvəzdən əkib, satıb dolanaq".

"ÖLÜMLƏ ÜZ-ÜZƏ QALMIŞAM"

Kəndli deyir ki, sağlamlığı yerində deyil. Təcili yardım isə kəndə vaxtında yetişmir:

"Dəfələrlə olub ki, ölümlə üz-üzə qalmışam. Bizim yaşadığımız yer yalnız mal-qara saxlamaq üçün əlverişlidir. İnsan həyatına yaramır".

Kənd bələdiyyəsindən bildirirlər ki, torpaq islahatları aparılarkən Nuru İsgəndərovun ailəsinə 2 hektar 81 sot pay torpağı verilib.

"Torpaq sahələri bərabər bölgü əsasında paylanıb. Bələdiyyə torpaqları ilə bağlı qanunvericilikdəki son dəyişikliklərə görə, torpaq sahələri hərrac yolu ilə satılır".

Nuru İskəndərovsa deyir, pay torpaqları yaşadıqları ərazidən çox uzaqdadır və susuz əraziyə düşdüyü ücün istifadə edə bilmir.

"O torpağı bələdiyyəyə bağışlayıram, mənə yaxınlıqdan, beşcə sot torpaq versin, istifadə edə bilim".

XS
SM
MD
LG