Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

«Yazıçılarımızı dünyaya tanıdaq» adlı kitab dəsti nəşr edilib


«Yazıçılarımızı dünyaya tanıdaq».

«Yazıçılarımızı dünyaya tanıdaq».

-

I Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «XAN» nəşriyyatında «Yazıçılarımızı dünyaya tanıdaq» adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib.

Nazirliyin yaydığı xəbərə görə, layihənin hazırlanmasında «Hədəf Nəşrləri»nin mütəxəssisləri də iştirak ediblər.

Xəbərdə deyilir ki, ingilis dilində nəşr olunan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Nazirliyin fikrincə, 20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir.

Nəfis tərtibatda çap edilən dəstdə yazıçıların həyat və yaradıcılığı yüksək poliqrafik keyfiyyətə malik şəkillərlə təqdim olunmaqla xüsusi qutularda yerləşdirilmişdir.

Layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri Şəmil Sadiqdir.

Kitabın ön söz müəllifi akademik İsa Həbibəyli, naşiri Müşfiq XAN, ingilis dilinə çevirəni Könül Nəsibova, redaktoru Nərgiz Cabbarlıdır.

Hazırda layihənin təqdimatı üçün «Azerbaijani Literature» adlı qısa film hazırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG