Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

AXCP-çi fəala 30 sutka verdilər


Ənvər Hüseynli
Ənvər Hüseynli

-

İyunun 8-də AXCP Saatlı rayon təşkilatı Gənclər Komitəsinin sədri Ənvər Hüseynli həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə ictimai yerdə xırda xuliqanlıq etməkdə təqsirli bilinib. Rayon məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib.

Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.

Ənvər Hüseynlinin atası Ziyafət Hüseynli isə qərardan apellyasiya verməyə hazırlaşdıqlarını söylədi. O, oğlunun təqsirli olmadığına əmindir:

«Dünən axşam dostları çayxanaya çağırdılar. Elə gedən kimi də 5-10 polis, eləcə də rayon polis idarəsinin rəisi tökülüşüblər ora. «Ənvər Hüseynli kimdir» deyiblər, sonra da aparıblar idarəyə».

Ziyafət Hüseynli deyir ki, oğlu xuliqanlıq etməyib, onu siyasi fəal olduğu üçün tutublar:

«Sifarişdir, 100 faiz siyasi sifarişdir. Gizlətmirlər də. Hakim mənə deyir ki, oğlunu bu yoldan çək. Necə çəkim ki, mən bu yola ömrümü qoymuşam. Oğlum da uşaq deyil, ali məktəb bitirib, 26 yaşı var, hər şeyi özü dərk edir».

XS
SM
MD
LG