Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:28

Məhəllə sakinləri binanın həyətində tikilmiş ticarət obyektini necə "boykot etdilər"


Arxiv fotosu
Arxiv fotosu

-

"2 ildir evlərimizə gediş-gəlişimiz məhdudlaşıb. Həyətdə bir addımlıq yer qalmayıb. istirahət üçü skamyalar, uşaqların oynaması üçün meydança - gamısı zəbt olunub. Biz şikayət etdikcə bu adam işi daha da sürətləndirdi, 3 mərtəbəli ticarət obyekti tikdi".

Sumqayıt şəhəri, 14-cü məhəllədə 2 il əvvəl tikilmiş 3 mərtəbəli ticarət mərkəzi həmin ünvanda yaşayan sakinlərdə narazılıq yaradıb. Onlar "Qaynar xətt"ə şikayət ediblər ki, binaların əhatəsində olan həyət tamamilə zəbt olunub. 2 ildir ki, fəaliyyət göstərən ticarət mərkəzindən alış-veriş etməyən sakinlər onun sökülməsini tələb edirlər.

KİÇİK HƏYƏTDƏ İRİ TİCARƏT MƏRKƏZİ

Sakinlər deyir, elə həmin ünvanda yaşayan bir ailə həyətdəki yaşıllıqları məhv edib. Uşaqların oynadıqları meydançanı, binaları, qoca, əlil sakinlərin istirahət etdikləri sahəni zəbt ediblər. Əvvəlcə kiçik tikdikləri mağazanı iri ticarət mərkəzinə çeviriblər:

Sakinlər:

"Hər yerə şikayət göndərmişik, baxan yoxdur. Onsuz da darısqal olan həyətdə ticarət obyektlərinə mal gətirən maşınların yaratdıqları sıxlıqlar biabırçı vəziyyətə çatıb. Mağazaya gətirilən malları blokların giriş qapılarının qarşısına yığırlar, bina sakinlərinin binalara giriş-çıxışına mane olurlar. Kiçik bir həyətdə bu boyda ticarət obyekti olar? Bu obyekt fəaliyyətə başlayandan alverçi, müştəri əlindən bloklarımızdan çıxa bilmirik".

Sakinlərin sözlərinə görə, şikayət yazıb göndərmədikləri qurum qalmayıb. Ancaq onlar şikayət dairəsini genişləndirdikcə, qardaşlar da obyektlin sahəsini genişləndiriblər:

ƏVVƏL TOZ-TOZANAQ, DAŞ-KƏSƏK, İNDİ DƏ ALVERÇİLƏR, YÜK MAŞINLARI..

"Dedilər, pulunu vermişik, tikirik, kimə nə? Sənədlərinə baxmaq istəyəndə, dedilər, tikintinin arxasında hansısa məmur dayanır, sənədlər də ondadır. Bir sözlə, bu boyda binaların sakinləri qalıb iki qardaşın əlində. Blokun qapısından çıxa bilmirik. Tikilən vaxtı toz-tozanaq, daş-kəsək, indi də alverçi, mal gətirən maşınlar... Obyektlə binalarımız arasında məsafə qalmayıb. Pəncərələrimizi daşla hörmək məcburiyyətindəyik. Çünki mağazanın yuxarı mərtəbəsindən birbaşa evlərimizin içərisi görünür".

Binaların sakinləri həyətdə avtomobil dayanacağının da əldən çıxmasından narahatdırlar:

"Həyətə maşınların giriş-çıxışı məhdudlaşıb, maşın saxlamağa isə ümumiyyətlə yer qalmayıb. Bu boyda mülkü tikiblər, ancaq bir yanğın baş versə, ağır texnika həyətə haradan girəcək, düşünən yoxdur. Bizim binalar onsuz da zəlzələdən qəzalı vəziyyətə düşüb, divarlarında çat var. Binaların arasında dərin özül qazılıb, kiçik bir təkan olsa, binalar başımıza uçacaq".

İCRA HAKİMİYYƏTİ NARAHATÇILIQ GÖRMÜR

Sumqayıt şəhər İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirdilər ki, tikinti icra başçısının rəsmi razılığı ilə aparılıb. Obyektin müasir memarlıq üslubunda yenidən qurulması üçün kommersiya mərkəzinin layihələndirilməsinə başçı 222 saylı sərəncamı ilə icazə verib. Bu icazə ümumilikdə 465 kvadratmetr sahəyə verilib. Bir sözlə, binaların əhatə dairəsindəki 5 sota yaxın yer başçının sərəncamı ilə Nəsrullayevlər ailəsinin kommersiya mərkəzi üçün istifadələrinə verilib. şəhər icra hakimiyyəti sakinlərin narahatçılığında əsas görmür. Kommersiya obyektinin şəhərdəki abadlaşdırma işlərinin bir hissəsi kimi təqdim edir.

XS
SM
MD
LG