Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

Bakı 2015-in açılış mərasimi belə olacaq [Video]


Bakı-2015
Bakı-2015

-

Başlamasına sayılı günlər qalan birinci Avropa Oyunlarının açılış mərasimi üçün hazırlıq işləri başa çatdırılıb.

apa-nın məlumatında belə deyilir.

İyunun 12-də yerli vaxtla saat 21:00-da başlanacaq mərasim Avropa Oyunlarının rəsmi saytında canlı yayımlanacaq.

Bədii rəhbəri Dimitris Papaioannou-nun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı şou nümayiş etdirəcək.

Bakı-2015-in açılış mərasiminə Catherine Ugwu nəzarət edəcək. O, Mançester şəhər stadionunda keçirilmiş XVII Birləşmiş Krallıq Oyunları üçün bağlanış mərasiminə, 2006-cı ildə Qətərin Doha şəhərində 15-ci Asiya Oyunlarının açılış mərasiminə prodüserlik edib.

Catherine Uqwu 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının açılış, bağlanış və qələbə mərasimlərinin Strateji Mərhələsi üçün əsas prodüser vəzifəsini icra edib.

Bakı-2015-ə qədər onun ən böyük layihəsi 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarının icraçı prodüseri olmasıdır. O, London Olimpiya və Paralimpiya Oyunlarına verdiyi töhfələrə görə 2013-cü ildə «Britaniya İmperiyasının Order Üzvü» adına layiq görülüb.

XS
SM
MD
LG