Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:59

Nazirlə Hacıbala Abutalıbov məktəbi bölüşdürə bilmirlər


Mikayıl Cabbarov
Mikayıl Cabbarov

-

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin yerində park salınması ideyasına münasibət bildirib.

Trend-in məlumatına görə, iyunun 9-da təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bu məsələdə müəyyən anlaşılmazlıqların olduğunu söyləyib: «Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. 20 nömrəli məktəbin eskizi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib».

Nazir qeyd edib ki, Bakıdakı 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır.

M.Cabbarovun dediyinə görə, respublikanın ən böyük məktəblərindən biri olan 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib.

Nazir bildirib ki, həmin məktəbdə 3 minədək şagird oxuyur, 110-dan çox sinif var: «Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri iki ayrı məktəbdə yerləşdirə bilmişik».

Məktəbin sökülməsi haqda xəbər yayıldıqdan sonra müəllimlər və valideynlər bir araya gələrək buna etiraz ediblər. Sonradan Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri ora gələrək bildiriblər ki, deyilənlər «boş fərziyyələr»dir, məktəb tikintisi davam edir.

Prezident İlham Əliyev bu ilin aprelində 20 nömrəli orta məktəbin yenidən tikilməsinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrılmasıyla bağlı sərəncam imzalayıb.

Məktəb 6 il qabaq təmir edilmişdi, o zaman təxminən 2 milyon manat xərclənmişdi. Rəsmilər yeni binanın inşasını şagird çoxluğuyla izah edirlər.

XS
SM
MD
LG