Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

-

İyunun 9-dan «Bakı Metropoliteni» QSC yeni qatarları xəttə buraxır.

Bu barədə apa-ya «Bakı Metropoliteni»nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun dediyinə görə, qatarların sınaq müddəti başa çatıb və yeni qatarlar artıq istismara verilib.

«Yeni qatarlar hazırda «Həzi Aslanov» - «İçərişəhər» xəttində normal qrafik üzrə hər biri öz marşrutunda işləyir», - N.Paşayev bildirib.

Yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla (380V-la) işləyir.

Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb.

Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 idisə, yeni nəsil vaqonlarda 330-dur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG