Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:26

Kitabda yalnız kişilərdir


-

"Layihənin məqsədi qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyatmaqdır."

Nizami... Anar, Elçin, Kamal Abdulla

"AzərTac" xəbər verir ki, Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "XAN" nəşriyyatında "Yazıçılarımızı dünyaya tanıdaq" adlı layihə çərçivəsində kitab dəsti nəşr edilib.

Layihənin hazırlanmasında “Hədəf Nəşrləri”-nin mütəxəssisləri də yaxından iştirak ediblər. Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat verilir, əsərlərindən müəyyən nümunələr təqdim edilir.

İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla yer alıb.

Dəst 20 ayrı kitabdan və bir ümumi kitabdan ibarətdir. Nəfis tərtibatda çap edilən dəstdə yazıçıların həyat və yaradıcılığı yüksək poliqrafik keyfiyyətə malik şəkillərlə təqdim olunmaqla xüsusi qutularda yerləşdirilmişdir.

Layihənin məsləhətçisi nazir Əbülfəz Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri Şamil Sadiqdir. Kitabın ön sözünün müəllifi Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, ingilis dilinə tərcümə edən Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

XS
SM
MD
LG