Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Birinci yer tutana 100 min manat veriləcək


Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında

Prezident İlham Əliyev I Avropa Oyunlarında Azərbaycanın idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib

-

Prezident İlham Əliyev I Avropa Oyunlarında Azərbaycanın idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib.

Sərəncamda deyilir ki, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat verilsin.

Komanda oyunlarında göstərilən nəticələrə görə müəyyən edilən mükafatlarsa belədir: birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat; ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat; üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat verilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG