Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel B.Baer iyunun 8-də Vyanada qurumun iclasında çıxış edib: “Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil”

-

ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel B.Baer iyunun 8-də Vyanada qurumun iclasında çıxış edib. Daimi Şuranın iclası ATƏT-in Azərbaycanda Layihə Koordinatoru ətrafında son vaxtlar baş verənlərin müzakirəsi məqsədilə çağrılıb.

“ÇOX MƏYUSEDİCİDİR”

Səfirin sözlərinə görə, Azərbaycan ötən cümə günü Layihə Koordinatorunun işilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib. “Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil,” səfir Baer deyib.

Ancaq səfir vurğulayıb ki, Layihə Koordinatoru 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərib və onu yalnız konsensus qərarla ləğv etmək olar. Mandat bu ilin sonunda başa çatır. Səfir deyib ki, ofis fəaliyyətini davam etdirməlidir. O, baş katibi yeni daimi Layihə Koordinatoru təyin olunanadək Bakıdakı ofisə müvəqqəti təyin etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini Anlaşma Memorandumundan imzasını geri götürmək qərarına yenidən baxmağa çağırırıq. Yeni Anlaşma Memorandumu olacaqsa, bu, tezliklə həyata keçirilməlidir və yeni memorandum indikinin bütün qüsurlarını həll etməlidir, Layihə Koordinatorunun fəaliyyət qabiliyyəti gücləndirilməlidir”.

Səfir ümidini bildirib ki, Azərbaycan hökuməti ATƏT əməkdaşları, mülkiyyəti və ofisinin ziyan və ya qısnama görməyəcəyini təmin edəcək.

Daniel Baer Bakıda ATƏT-in Layihə Koordinatorluğunun bağlanacağı xəbərinə ictimai reaksiyaya da toxunub:

YAXŞI DEYİL

“Müşahidəçilər hökumətin bu qərarına daha geniş təzyiqlər kontekstində, Azərbaycanın beynəlxalq öhdəliklərindən ciddi şəkildə geri çəkilməsi kimi baxırlar. İnsan haqları və fundamental azadlıqlara hörmət bu öhdəliklərə daxildir. Bu, ATƏT üçün yaxşı deyil; bu, regionda təhlükəsizlik üçün yaxşı deyil; bu, Azərbaycan xalqı və hökuməti üçün yaxşı deyil”.

“Ümid edirik Azərbaycan hökuməti 56 üzv dövlətlə birlikdə ATƏT öhdəliklərinin icrası və birgə təhlükəsizliyimiz naminə işləməyin yolunu tapacaq”.

ATƏT ötən həftə Bakıdakı layihə koordinatoru Alexis Chahtahtinsky-nin geri çağırılması barədə qərar verib, diplomatın mandatının bitdiyi qeyd olunub. Hakimiyyət təmsilçiləri bu addımı Chahtahtinsky-nin hökumətlə təmaslarının ATƏT-i narazı salmasıyla izah edib. Daha sonra Xarici İşlər Nazirliyinin Layihə Koordinatorluğunun bağlanması üçün nota verməsi xəbəri yayılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG