Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:46

-

İslam Dövləti yaraqlıları İraq və Suriyada ələ keçirdiyi yeniyetmə qızları qul bazarlarında “su qiymətinə” satır. BMT-nin cinsi zorakılıq üzrə elçisi Zainab Bangura iyunun 8-də deyib. O, apreldə İraq və Suriyaya səfər edib. Elçi silahlı qruplaşmanın əsir götürdüyü 3-8 min qıza qarşı dəhşətli cinsi zorakılıqla bağlı fəaliyyət planı üzərində işləyir.

Xarici döyüşçülərin cəlbi üçün qızların oğurlanması İD-nin strategiyasının əsas hissəsinə çevrilib. Qruplaşma son 18 ay ərzində İraq və Suriya boyunca xeyli irəliləyib.

“Onlar bununla gəncləri cəlb edirlər – “sizi gözləyən qadınlar var, bu bakirə qızlarla evlənə bilərsiniz”,” o, Frans Pres agentliyinə deyib. “Onlar əraziləri tutanda qadınları oğurlayır, ələ keçirirlər, indi onlarda yeni qızlar var”.

Elçi qızların “su qiymətinə” satıldığını bildirib. Ən yaxşı halda isə onlara bir neçə yüz dollardan min dollaradək qiymət qoyurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG