Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:13

ABŞ prezidenti Barack Obama Vladimir Putin-i Sovet imperiyasının şan-şöhrətini qaytarmaq naminə Rusiya iqtisadiyyatını dağıtmaqda ittiham edir

-

ABŞ prezidenti Barack Obama Vladimir Putin-i Sovet imperiyasının şan-şöhrətini qaytarmaq naminə Rusiya iqtisadiyyatını dağıtmaqda ittiham edir. Obama iyunun 8-də Böyük Yeddiliyin sammiti çərçivəsində mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Rusiya xalqı Putin-ə görə ciddi əziyyət çəkir. Putin dünya liderləri ilə birlikdə deyil, çünki ötən il Krımı işğal edəndən sonra iqtisadi güclərin ekskluziv klubundan çıxarılıb.

“Son günlər yenə görürük ki, Rusiya qüvvələri Ukraynanın şərqində əməliyyat aparır, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozur,” Obama deyib. “Rusiya dərin geriləmə mərhələsindədir. Rusiyanın Ukraynadakı hərəkətləri Rusiyanı, Rusiya xalqını incidir,” o, deyib.

“O, qərar verməlidir,” Obama deyib. “O, ölkəsinin idtisadiyyatını dağıtmaqda və sovet şan-şöhrətinin bərpası naminə Rusiyanın təcridini davam etdirəcək, yaxud anlayacaq ki, Rusiyanın böyüklüyü digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini pozmaqdan asılı deyil”.

Günün bütün mövzuları

XS
SM
MD
LG