Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:29

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfərinin proqramı açıqlanıb.

APA-nın məlumatına görə, Putinin köməkçisi Yuri Ushakov bildirib ki, prezident I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı iyunun 12-13-də Azərbaycanda səfərdə olacaq.

Onun səfər çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşü nəzərdə tutulub.

İyunun 13-də isə Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə aparılacaq danışıqlaqrdaikitərəfli münasibətlər müzakirə oluncaq.

Ushakovun sözlərinə görə, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

Bundan başqa Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoganla görüşü nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG