Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01

Ukraynanın müdafiə naziri Stepan Poltorak ölkənin şərqində 42 500 separatçı və Rusiya əsgəri yerləşdirildiyini deyir.

Nazirin sözlərinə görə, onların ixtiyarında 558 tank, döyüş maşınları, artilleriya sistemləri və digər silahlar var.

Poltarak bunu Ukrayna-Nato Parlamentlərarası Şuranın iyunun 8-də Kiyevdə keçirilən görüşündə deyib.

O həmçinin hazırda Krımda 24 min Rusiya hərbçisi olduğunu bildirib.

Ukrayna prezidenti Petro Poroshenko isə ötən həftə ölkə ərazisində 9 mindən çox Rusiya qüvvəsi olduğunu demişdi.

Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG