Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:06

-

Fövqəladə Hallar Nazirliyi binalara vurulan yeni üzlüklərlə bağlı aparılmış müayinənin nəticələrini açıqlayıb.

FHN-in mətbuat xidmətinin məlumatına görə, prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir:

«Hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə «fibro sement» və «modelpan» adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur. Fövqəladə Hallar Nazirliyi «İzotop» xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir».

Günün bütün mövzuları

XS
SM
MD
LG