Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Kiyev Marinka şəhəri istiqamətndə hərbi əməliyyatların bərpa olunduğunu bildirir.

Bu şəhər separatçıların nəzarətində olan Donetskin 30 kilometrliyində yerləşir.

Ordunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə separatçılar mayın 8-də hökumət qüvvələrinin mövqelərini minaatan və digər silahlardan atəşə tutublar.

Amma separatçıların hərbi lideri Eduard Basurin bu məlumatı təkzib edib.

Ukrayna hərbçilərinin məlumatına görə, iyunun 3-də Marinkina ətrafında separatçıların hücumunu dəf etmək üçün artilleriya qurğularından istifadə etməli olublar.

ATƏT-in müşahidəçiləri son vaxtlar atəşkəsin pozulması hallarının artdığını deyirlər.

Atəşkəs razılaşması bu ilin fevralında Minskdə əldə olunub.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG