Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

Bələdiyyə sədrinin qətliylə bağlı daha bir həbs


Vəsilə Əbilhəsənova
Vəsilə Əbilhəsənova

-

Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbillhəsənovun qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.

report.az xəbər verir ki, bu, Vüqar Hüseynov-dur. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Hüseynovun qardaşıdır.

V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.

Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub. Onlar öldürülmüş bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb.

V.Əbilhəsənova və onun həyat yoldaşı iyunun 8-də yaşadıqları evdə qətlə yetirilib. Evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb. Bu isə hadisənin tamah məqsədilə törədilmədiyini deməyə əsas verir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda başlanan araşdırmalar davam etdirilir.

XS
SM
MD
LG