Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:31

Türkiyə prezidenti Recep Tayyip Erdogan ölkədə sabitlik və inamı qoruyub-saxlamaq üçün bütün siyasi qüvvələri öz üzərlərinə məsuliyyət götürməyə çağırıb.

O belə bir bəyanatla iyunun 8-də, hakim Ədalət və İnkişaf partiyası 13 ildə ilk dəfə parlamentdə çoxluğu itirdikdən sonra çıxış edib.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilən parlament seçkisində hakim Ədalət və İnkişaf partiyası 41 faiz səs toplasa da,çoxluğu itirib.

Əsas siyasi partiyalardan heç biri hakim partiya ilə koalisiyaya getmək istəmir.

Belə halda təkrar seçki keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG