Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Almaniyada böyük 7-lər ölkələri liderlərinin görüşü davam edir.

Bu gün əsasən terrorçuluqla mübarizə və iqlim dəyişikliyi məsələləri müzakirə olunur.

Görüşdə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya rəhbərləri iştirak edir.

Görüşə İraqın baş naziri Haidar al Abadi və Nigeriya prezidenti də qoşulacaq.

Söhbət əsasən İraqdakı İslam Dövləti qrupu və Nigeriyadakı Boko Haram qrupu ilə mübarizədən gedir.

Böyük Britaniyanın baş naziri David Cameron iyunun 7-də bildirib ki, Britaniya yaraqlılarla mübarizə aparmaq üçün İraqa 125 əlavə hərbçi göndərəcək.

Sammitin ilk günü Ukrayna münaqişəsi müzakirə olunub.

ABŞ prezidenti Barack Obama ilə Almaniya kansleri Angela Merkel bildiriblər ki, Ukrayna ilə bağlı Minsk razılaşması tam yerinə yetirilməyincə,Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG